Cud Bellingem “Qızıl oğlan” olub - FOTO

Xəbərlər
29 Oktyabr 2023 11:17
252
Cud Bellingem “Qızıl oğlan” olub - FOTO

“Real”ın futbolçusu Cud Bellingem “Golden boy” mükafatına layiq görülüb.

İdman.biz xəbər verir ki, İngiltərə millisinin oyunçusu səsvermədə respondentlərin 95 faiz səsini toplayıb.

Ona mükafat noyabrın 10-da Turin şəhərində veriləcək.

O, bu nominasiyada Rasmus Hoylund, Benjamin Sesko, Camal Musiala və Lamin Yamalı geridə qoyub. Cud Madrid “Real”ının tarixində “Golden boy”u qazanan ilk futbolçu olub.

Qeyd edək ki, “El Klassiko”da dublla komandasına qələbə qazandıran Bellingem “Real” forması ilə meydana çıxdığı 13 oyunda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz