DÇ-2026 matçında insident: Üç azarkeş meydana girib - FOTO

2 İyul 2026 09:29
85
DÇ-2026 matçında insident: Üç azarkeş meydana girib - FOTO

Belçika və Seneqal yığmaları arasında 2026-cı il dünya çempionatının 1/16 final oyununda insident yaşanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın ilk hissəsində üç azarkeş meydana daxil olub.

Hadisə matçın 32-ci dəqiqəsində baş verib. Təhlükəsizlik əməkdaşları dərhal müdaxilə edərək həmin şəxsləri meydandan uzaqlaşdırıblar. Bu zaman oyun qısa müddətə dayandırılıb.

Qarşılaşma Belçikanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz
Məqalədə: