“Hoffenhaym” və Kot-d’İvuarın cinah oyunçusu Bazumana Ture yaxın gələcəkdə “Nyukasl Yunayted”lə müqavilə imzalayacaqlar.
İdman.Biz bu barədə Fabrizio Romanoya istinadən bildirir.
Klublar 20 yaşlı oyunçunun 50 milyon avro dəyərində transferi ilə bağlı razılığa gəliblər. Bundan əlavə, alman klubu oyunçunun satış dəyərinin müəyyən faizini alacaq.
Mənbənin məlumatına görə, Turenin agentləri və “Hoffenhaym” nümayəndələri ilə rəsmi təklif təqdim edildikdən sonra razılaşma əldə edilib. Bu transfer alman klubunun tarixində ən bahalı transfer olacaq.
Ötən mövsüm Ture Bundesliqada 30 oyun keçirib, beş qol vurub və 12 məhsuldar ötürmə edib. Transfermarkt oyunçunu 40 milyon avro dəyərində qiymətləndirir.
