“Milan”ın sahibi Cerry Kardinalenin müşaviri Zlatan İbrahimoviç klubun rəhbərinə “Liverpul”un müdafiəçisi Vircil van Deyk ilə müqavilə imzalamağı tövsiyə edib.
İdman.Biz “La Gazzetta dello Spor”a istinadən bildirir ki, hücumçu Qonsalu Ramuşun PSJ-dən transferindən sonra mərkəz müdafiəsinin gücləndirilməsi “Milan”ın yayda ikinci hədəfidir.
Mənbənin məlumatına görə, van Deyk İbrahimoviç tərəfindən təklif edilib və Kardinale müşavirin məsləhətini nəzərə alıb. Transfer perspektivləri “Liverpul”un digər mərkəz müdafiəçisi İbrahima Konatenin müqavilənin uzadılmasından imtina edərək “Real Madrid”ə keçməsi ilə çətinləşir.
Van Deykin “Liverpul”la müqaviləsinin bitməsinə hələ bir il qalıb. Onun İtaliya klubuna qoşulmaq istəyinin əsas rol oynayacağı bildirilir. “Sportinq”dən Qonsalo İnasio “Milan”ın müdafiəsini gücləndirmək üçün alternativ variant olaraq qalır.
