İngiltərə millisinin hücumçusu Harri Keyn vurduğu qolların sayına görə əfsanəvi braziliyalı Peleni geridə qoyaraq dünya çempionatları tarixinə düşüb.
İdman.Biz-in məlumatına görə, hücumçu 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Konqo Demokratik Respublikasına (2:1) qarşı oyunda iki qol vuraraq dünya çempionatlarında vurduğu qolların sayını 13-ə çatdırıb.
Bu qolla Keyn 12 qol vuran Peleni geridə qoyub və Fransa millisinin hücumçusu Jüst Fonteynə çatıb. Maraqlıdır ki, Fonteyn bütün qollarını 1958-ci il dünya çempionatında vurub və onun rekordu hələ də qırılmayıb.
View this post on Instagram
