DÇ-2026: Belçika möhtəşəm geridönüşlə Seneqalı məğlub etdi - YENİLƏNİB + VİDEO

2 İyul 2026 02:50
823
DÇ-2026: Belçika möhtəşəm geridönüşlə Seneqalı məğlub etdi

Belçika Seneqal ilə 1/16 final matçında 3:2 hesabı ilə qalib gəlib.

İdman.Biz bildirir ki, oyunun 120+5-ci dəqiqəsində Yuri Tilemans pemaltidən qələbə qolunu vurub. Oyunun gedişində Belçika 0:2 hesabı ilə uduzurdu. Belçikalılar 1/8 finalda ABŞ - Bosniya və Herseqovina matçının qalibi ilə qarşılaşacaqlar.

02:05

Belçika - Seneqal matçında əlavə vaxt başlayıb.

İdman.Biz bildirir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib.

02:00

Belçika - Seneqal matçında əsas vaxt bitib.

İdman.Biz bildirir ki, komandalar əlavə vaxta 1:1 hesabı ilə yollanırlar.

01:51

Belçika - Seneqal matçında hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 89-cu dəqiqədə Yuri Tilemans hesabı bərabərləşdirib.

01:49

Belçika - Seneqal matçında hesab yenə dəyişib.

İdman.Biz xəbər verir ki, 86-cı dəqiqədə Romelu Lukaku Seneqalı mərkəzə dəvət edib - 1:2.

01:16

Belçika - Seneqal matçında hesab dəyişib.

İdman.Biz bildirir ki, 51-ci dəqiqədə İsmaila Sarr afrikalıların ikinci qolunu vurub.

01:06

Belçika - Seneqal matçında ikinci yarı başlayıb.

İdman.Biz bildirir ki, birinci hissədən sonra Seneqal 1:0 irəlidədir.

00:51

Belçika - Seneqal matçında ilk yarı bitib.

İdman.Biz bildirir ki, birinci hissədən sonra Seneqal Həbib Diarranın qolu ilə 1:0 irəlidədir.

00:26

Belçika - Seneqal matçında qol vurulub.

İdman.Biz xəbər verir ki, 24-cü dəqiqədə Həbib Diarra afrikalıları önə çıxarıb.

00:00

Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

İdman.Biz bildirir ki, Belçika və Seneqal ABŞ-ın Sietl şəhərindəki “Lumen Field” stadionunda qarşılaşırlar.

Oyunun baş hakimi honduraslı Said Martinesdir.

Belçika G qrupunda 5 xalla birinci olub. Seneqal isə I qrupunda 3 xalla üçüncü yeri tutub.

İdman.Biz