İngiltərə ilk dəfə mundialda birinci hissədən sonra geridönüşlə qalib gəlib

2 İyul 2026 01:58
80
İngiltərə ilk dəfə mundialda birinci hissədən sonra geridönüşlə qalib gəlib

İngiltərə 2026-cı il dünya çempionatının 1/16 finalında Konqo Demokratik Respublikasını məğlub etdikdən sonra tarixi bir göstəriciyə imza atıb.

İdman.Biz-in məlumatına görə, Tomas Tuxelin komandası fasilədə geridə qalaraq tarixində ilk dəfə dünya çempionatı matçında qalib gəlib.

İngiltərə komandası yeddinci dəqiqədə Brayan Sipenqanın qolu ilə qol buraxıb. Lakin Harri Keyn ikinci hissədə 75 və 86-cı dəqiqələrdə iki qol vuraraq hesabı 2:1 edib.

İngiltərə daha əvvəl mundiallarda doqquz dəfə geridə qalaraq fasiləyə yollanmışdı. Bu matçlarda iki dəfə heç-heçə etmiş və yeddi dəfə məğlub olmuşdu. Konqo Demokratik Respublikası üzərində qələbə İngiltərə üçün mundial tarixində belə bir halın ilk dəfə baş verməsidir.

İdman.Biz