Belçika millisinin hücumçusu Leandro Trossard və yarımmüdafiəçi Yuri Tilemans 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Seneqalla qarşılaşma zamanı mübahisə ediblər.
İdman.Biz bildirir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib.
Hadisə matçın 70-ci dəqiqəsində baş verib. Trossard və Tilemansı yarımmüdafiəçi Nikolas Raskin və hücumçu Romelu Lukaku ayırıblar.

