“Cenoa”nın 19 yaşlı hücumçusu Ceff Ehator “Yuventus”la müqavilə imzalayıb.
İdman.Biz bildirir ki, bu barədə “byankoneri”nin mətbuat xidməti komandanın rəsmi saytında məlumat verib.
Mənbənin məlumatına görə, müqavilə 30 iyun 2031-ci ilə qədər qüvvədədir. Transfer haqqı üç hissədə ödənilə bilən 16 milyon avrodur. Klub həmçinin əlaqəli xərclərə əlavə 0,4 milyon avro xərcləyəcək.
Ehator ötən mövsüm 32 oyunda iştirak edib və dörd qol vurub. Onun “Cenoa” ilə hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 18 milyon avrodur.
“Yuventus” 2025/26 mövsümünü 69 xalla A Seriyası turnir cədvəlində altıncı yerdə başa vurub.
