Fələstinli futbolçu öldürülüb

2 İyul 2026 09:14
84
Fələstinli futbolçu öldürülüb

Fələstin futbolunda növbəti ağır itki yaşanıb. “Khadamat Khan Younis”in qapıçısı Səlim əl-Əşqərin öldürüldüyü açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Fələstin Futbol Federasiyası məlumat yayıb.

Federasiyanın açıqlamasına görə, 32 yaşlı qapıçı İsrail əsgərlərinin açdığı atəş nəticəsində həyatını itirib. Hadisənin Xan Yunisin şimal-şərqində yerləşən Əl-Qərara bölgəsində baş verdiyi bildirilir.

Səlim əl-Əşqərin cəmi beş ay əvvəl ailə qurduğu və yaxın vaxtlarda ilk övladının dünyaya gəlməsini gözlədiyi qeyd olunur.

Məlumata görə, 2023-cü ilin oktyabrından bu yana Fələstin idman ictimaiyyətində həlak olanların sayı 1000-i ötüb. Onlardan 567 nəfərinin futbol camiasının nümayəndəsi olduğu bildirilir.

İdman.Biz