"Real" 19 yaşlı istedadı izləyir

18 Avqust 2026 09:15
64
"Real" 19 yaşlı istedadı izləyir

Madrid "Real"ı "Rasinq"in yarımmüdafiəçisi Serxio Martinesi izləyir.

İdman.Biz AS-a istinadən xəbər verir ki, Madrid klubu 19 yaşlı ispaniyalı futbolçunu transfer etmək imkanını nəzərdən keçirir.

Potensial transferi asanlaşdıra biləcək əsas amillərdən biri Martinesin müqaviləsində göstərilən sərbəstqalma məbləğidir. Futbolçunu 3 milyon avroya transfer etmək mümkündür.

Gənc yarımmüdafiəçi La Liqanın ilk turunda "Vilyarreal"a qarşı 2:2 hesabı ilə başa çatan matçda fərqlənib. Bu qol Martines üçün böyüklər səviyyəsində ilk olub.

İspaniyalı futbolçu ümumilikdə "Rasinq"in əsas komandasında 14 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

İdman.Biz