“Əl-Əhli” 200 milyon avro təklif edib

Xəbərlər
22 Oktyabr 2023 15:23
221
“Əl-Əhli” 200 milyon avro təklif edib

“Əl-Əhli” “Real”ın ulduzu Vinisius Junioru transfer etmək istəyir.

İdman.biz saytı xəbər verir ki, Ərəbistan klubu bu keçidə görə, 200 milyon avro ödəməyə hazırdır.

“Real” braziliyalı hücumçu ilə yeni müqavilə ilə bağlı danışıqlar aparır. İspaniya mətbuatı bütün detalların razılaşdırıldığını və yaxın günlərdə bu barədə açıqlama veriləcəyini qeyd edib. “Əl-Əhli” isə bundan istifadə edərək, irəli sürən təklifin “Real” tərəfindən qəbul ediləcəyinə ümidini itirməyib.

Qeyd edək ki, Junior İspaniya Primerasında bu mövsüm 7 oyunda meydana çıxıb.

İdman.biz