“Mançester Yunayted” 42 illik inanılmaz seriyaya son qoydu

17 Sentyabr 2026 04:21
100
“Mançester Yunayted” 42 illik inanılmaz seriyaya son qoydu

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunda “Brayton”a məğlub olduqdan sonra antirekorda imza atıb.

İdman.Biz xəbər verir ki, “Old Trafford”da keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Mankunianlılar matçın gedişində 2:0 hesabı ilə öndə olsalar da, üstünlüyü qoruya bilməyiblər və turnirdən kənarlaşblar.

“Mançester Yunayted” 1976-cı ilin sentyabrından indiyədək öz meydanında azı iki qol fərqi ilə öndə olduğu görüşdə ilk dəfə məğlub olub. Həmin vaxt “qırmızı şeytanlar” yenə 2:3 hesabı ilə “Tottenhem”ə uduzmuşdular.

Bundan əlavə, daha uzun bir seriya da qırılıb. “Mançester Yunayted” 1984-cü ilin mayından bəri ilk dəfə “Old Trafford”da ilk hissədən sonra hesabda öndə olduğu matçda məğlub olub. 42 il əvvəl mankunianlılar “İpsviç”ə 1:2 hesabı ilə uduzmuşdular.

Həmin vaxtdan bəri “Mançester Yunayted” fasiləyə öndə yollandığı 550-dən çox ev matçında heç vaxt məğlub olmayıb. Bu seriya “Brayton”la qarşılaşmada başa çatıb.

İdman.Biz