Türkiyə futbol millisinin UEFA Millətlər Liqasının A Divizionunda noyabr ayında keçirəcəyi iki oyun üçün heyəti açıqlanıb.
İdman.Biz Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Sergen Yalçın yığmaya 26 futbolçu dəvət edib.
Heyətdə İspaniyanın “Real Madrid” futbol komandasının yarımmüdafiəçisi Arda Güler, İtaliyanın “İnter” kollektivinin üzvü Hakan Çalhanoğlu və İngiltərənin “Brayton” komandasının müdafiəçisi Ferdi Kadıoğlu da yer alıblar.
Türkiyə millisinin heyəti:
Qapıçılar: Berke Özer, Ersin Destanoğlu, Serhat Öztaşdelen, Uğurcan Çakır.
Müdafiəçilər: Abdülkerim Bardakçı, Ahmetcan Kaplan, Emirhan Topçu, Eren Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mustafa Eskihellaç, Ozan Kabak, Zeki Çelik.
Yarımmüdafiəçilər: Arda Güler, Can Uzun, Hakan Çalhanoğlu, İsmail Yüksek, Orkun Kökçü, Salih Özcan.
Hücumçular: Aral Şimşir, Barış Alper Yılmaz, Dəniz Gül, Enes Ünal, İlhan Fakılı, Oğuz Aydın, Yunus Akgün.
Türkiyə yığması noyabrın 12-də İzmir şəhərindəki “Gürsel Aksel” stadionunda Belçikanı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Sergen Yalçının komandası noyabrın 15-də isə səfərdə Fransa ilə üz-üzə gələcək. Bordo şəhərində keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.
Qeyd edək ki, Türkiyə UEFA Millətlər Liqasının A Divizionunun birinci qrupunda Fransa, İtaliya və Belçika ilə mübarizə aparır. Komanda keçirdiyi dörd görüşün hamısında məğlub olaraq xalsız sonuncu pillədə qərarlaşıb.
