“Barselona”nın futbolçusu Rafinya İspaniya La Liqasınıb altıncı turunda “Rasinq”lə matçda het-trik edib.
İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu üçüncü qolunu hələ birinci hissənin sonunda vura bilərdi. Lakin o, penaltini Lamin Yamala həvalə edib. Gənc oyunçu 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
67-ci dəqiqədə kataloniyalılar yenidən penalti qazanıblar. Bu dəfə topa Rafinya yaxınlaşıb və zərbəni dəqiq yerinə yetirərək het-trik edib. İki dəqiqə sonra Hans-Diter Flik kapitanı əvəzləyərək onun yerinə Qabriel Jezusu meydana buraxıb.
Rafinya cari mövsümdə bütün turnirlərdə keçirdiyi yeddi matçda 11 qol vurub və 3 məhsuldar ötürmə edib. 29 yaşlı forvard doqquz qolla La Liqanın bombardirlər yarışında da liderdir.
Qeyd edək ki, “Barselona” “Rasinq”i 7:2 hesabı ilə məğlub edib.
