Azərbaycanın “LANDAU Lions” basketbol komandası avrokuboklarda mübarizəyə başlayıb.
İdman.Biz xəbər verir ki, təmsilçimiz FIBA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Latviyanın “VEF Riqa” komandası ilə qarşılaşıb.
Bolqarıstanın Samokov şəhərində keçirilən görüş “LANDAU Lions”un 88:105 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bununla da Azərbaycan klubu Çempionlar Liqasında mübarizəni dayandırıb. Komanda yoluna FIBA Avropa Kubokunun G qrupunda davam edəcək.
Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Sabah” FIBA Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcək.
10:29
“LANDAU Lions” bu gün Basketbol Çempionlar Liqasının təsnifat mərhələsində ilk sınağına çıxacaq.
İdman.Biz xəbər verir ki, təmsilçimiz Latviyanın “VEF Riqa” kollektivi ilə qarşılaşacaq.
Samokov şəhərində yerləşən “Arena SamElyon”da keçiriləcək görüş saat 15:15-də başlayacaq.
