Azərbaycan Basketbol Liqası: “Naxçıvan” və “Ordu” bu gün üz-üzə gələcək

30 Oktyabr 2026 10:31
97
Azərbaycan Basketbol Liqası: “Naxçıvan” və “Ordu” bu gün üz-üzə gələcək

Azərbaycan Basketbol Liqasında beşinci turun ilk qarşılaşması bu gün keçiriləcək.

İdman.Biz xəbər verir ki, turun açılış oyununda “Naxçıvan” və “Ordu” komandaları üz-üzə gələcəklər.

Bakı İdman Sarayında baş tutacaq görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, beşinci tura noyabrın 1-də yekun vurulacaq.

İdman.Biz