Basketbol üzrə “Sabah” - “Trabzonspor” matçının biletləri satışa çıxarıldı

30 Oktyabr 2026 16:12
96
Basketbol üzrə “Sabah” - “Trabzonspor” matçının biletləri satışa çıxarıldı

FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə “Sabah” və Türkiyənin “Trabzonspor” basketbol komandaları arasında keçiriləcək qarşılaşmanın biletləri satışa çıxarılıb.

İdman.Biz xəbər verir ki, A qrupunun dördüncü turu çərçivəsində baş tutacaq görüş noyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.

Oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, biletlərin qiyməti 2, 3, 10 və 100 manat təşkil edir. Biletləri “iticket.az” saytından əldə etmək mümkündür.

İdman.Biz