Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” futbol klubu Ukrayna Kubokunda mübarizəni dayandırıb.
İdman.Biz xəbər verir ki, Çernovtsı təmsilçisi 1/16 final mərhələsində penaltilər seriyasında “LNZ Çerkassı”ya uduzub.
Görüşün əsas vaxtı qolsuz başa çatıb – 0:0. Penaltilər seriyasında “LNZ Çerkassı” futbolçuları daha dəqiq olublar – 3:0. Beləliklə, qalib komanda turnirin 1/8 finalına yüksəlib.
Qaliblərin heyətində Roman Didik, Məhərrəm Yaşarı və Denis Kuzik cəhdlərini dəqiq yerinə yetiriblər. “Bukovina”da isə Vitali Daxnovski dirəyə nişan alıb, Oleq Kojuşkonun zərbəsini qapıçı dəf edib, Vitali Qruşa isə topu qapıdan yuxarı göndərib.
27 yaşlı Dadaşov “Bukovina”nın heyətində oyuna start heyətində başlayıb və matçı sonadək meydanda keçirib.
