“Sabah”dan 4-də 4: “Şəfa”ya üc cavabsız qol - YENİLƏNİB + VİDEO

14 Sentyabr 2026 20:50
1 157
“Sabah”dan 4-də 4: “Şəfa”ya üc cavabsız qol

Misli Premyer Liqasının beşinci turun son oyununda "Sabah" "Şəfa"ya qalib gəlib.

İdman.Biz xəbər verir ki, "SOCAR Polymer Arena"da baş tutan matçda son ölkə çempionu 3:0 hesablı qələbə qazanıb.

Qolları Patrik Mbina (25), Abdulax Xaybulaev (30) və Velko Simiç (69) vurublar.

Beləliklə, "Sabah" cari mövsümdə keçirdiyi dörd matçın hamısında qalib gəlib. Bakı klubu 12 xal toplayaraq eyni xala malik "Neftçi"ni əlavə göstəricilərə görə qabaqlayıb və birinci pilləyə yüksəlib. Bununla yanaşı, Dambrauskasın komandası bir oyun az keçirib. "Sabah"da vurulan və buraxılan qolların fərqi - 11-dir. "Neftçi"-də bu göstərici 10-dur.

Dörd matçda 10 xal toplamış "Qarabağ" üçüncü yerdə qərarlaşıb. Eyni xala malik olan və beş oyun keçirən "Zirə" dördüncü pillədə qərarlaşıb. Səkkiz xala malik "Turan-Tovuz" beşincidir.

Bundan sonrakı sıralarda hər birinin 6 xalı olan "Kəpəz" və "Şamaxı" qərarlaşıb. "Qəbələ" və "İmişli" hərəyə dörd xal toplayıb.

"Şəfa" beş matçda dördüncü məğlubiyyətindən sonra 3 xalla qalıb və 10-cu yeri tutur. Sonuncu pillələrdə isə iki xalla "Araz-Naxçıvan" və aktivində bir xal olan "Sumqayıt" qərarlaşıb.

20:26

"Şəfa" - "Sabah" matçında qonaqlar ücüncü qolu vurub.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində Velko Smiç 69-cu dəqiqədə fərqlənib.

20:01

Misli Premyer Liqasının beşinci turunun son oyunu olan "Şəfa" - "Sabah" matçında ikinci hissə başlayıb.

İdman.Biz xəbər verir ki, birinci hissədən sonra hesab 2:0 qonaqların xeyrinədir.

Qolları Patrik Mbina və Abdulax Xaybulaev vurub.

19:46

"Şəfa" - "Sabah" matçında birinci hissə başa çatıb.

İdman.Biz xəbər verir ki, ilk hissədə qonaqlar meydan sahiblərini iki dəfə məyus ediblər.

19:30

"Şəfa" - "Sabah" matçında qonaqlar hesabda fərqi iki topa çatdırıb.

İdman.Biz xəbər verir ki, "Sabah"ın heyətində 30-cu dəqiqədə Abdulax Xaybullaev fərqlənib.

19:30

"Şəfa" - "Sabah" matçında hesab açılıb.

İdman.Biz xəbər verir ki, 25-ci dəqiqədə qonaqların heyətində Patrik Mbina fərqlənib.

19:00

Misli Premyer Liqasının beşinci turunun son oyunu olan "Şəfa" - "Sabah" matçı başladı.

İdman.Biz xəbər verir ki, qarşılaşma “SOCAR Polymer Arena”da keçirilir.

18:03

Misli Premyer Liqasının beşinci turunda bu gün keçiriləcək "Şəfa" - "Sabah" matçı üçün heyətlər açıqlanıb.

İdman.Biz xəbər verir ki, saat 19:00-da başlayacaq matça komandalar aşağıdakı tərkibdə çıxacaqlar:

“Şəfa”: 1. Nicat Mehbalıyev 28. Murad Musayev (k) 83. Nihad Quliyev 6. Fərid Yusifli 10. Dilan Mertens 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 34. Kristofer Mamenqi 7. Treyvon Fuller

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 99. Məmməd Hüseynov 3. Tərlan Quliyev 42. Elnur Cəfərov 55. Rauf Hüseynli 5. Arsen Ağcabəyov 21. İsmayıl Zülfüqarlı 29. Vüsal Qənbərov 23. Nahid Əliyev 66. Nurhan Abdıyev 8. Vlad Pop 22. Umar Diav

“Sabah”: 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 21. Velko Simiç 27. Timoteuş Puxaç (k) 37. Du Keyros 99. Patrik Mbina 7. Umarali Raxmonaliyev 4. Eyden Makkarti 23. Yunes Laşaab

Ehtiyat oyunçular: 92. Stas Pokatilov 1. Amin Ramazanov 16. Rauf Rüstəmli 20. Coy Lens Mikels 80. Akim Zedadka 13. İvan Lepiniça 11. Kahim Parris 33. Junior Almeyda 88. Rodriqo Fernandeş 18. Karlos Eduardo 8. Kristian Nvaçukvu 35. Cafet Bulus

09:13

Misli Premyer Liqasının beşinci turunun son oyununda bu gün “Şəfa” və “Sabah” futbol komandaları üz-üzə gələcəklər.

İdman.Biz xəbər verir ki, qarşılaşma saat 19:00-da “SOCAR Polymer Arena”da keçiriləcək.

Matçın baş hakimi Nicat İsmayıllı olacaq. Ona Rəhman İmamı və Zöhrab Abbasov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ruslan Quliyev yerinə yetirəcək.

Görüşdə VAR hakimi Əliyar Ağayev, AVAR hakimi isə Gülnur Əkbərzadə olacaq. Hakim-inspektor vəzifəsi Şahin Cəfərova, AFFA nümayəndəsi funksiyası isə Bəhram Qurbanova həvalə edilib.

Bu, komandalar arasında ilk oyundur və indiyə kimi “Şəfa” və “Sabah” üz-üzə gəlməyiblər.

Qeyd edək ki, qarşılaşmaya giriş sərbəst olacaq.

İdman.Biz