“Qaradağ Lökbatan”dan 8:1-lik şou – İkinci Liqada günün nəticələri - YENİLƏNİB

14 Sentyabr 2026 18:17
1 019
“Qaradağ Lökbatan”dan 8:1-lik şou – İkinci Liqada günün nəticələri

Azərbaycanın İkinci Liqasında üçüncü tura yekun vurulub.

İdman.Biz xəbər verir ki, bu gün dörd qarşılaşma keçirilib.

“Qaradağ Lökbatan” səfərdə “Şəki”ni böyük hesabla məğlub edib. Görüş qonaqların 8:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Şirvan” isə “Hypers”ə minimal hesabla qalib gəlib – 1:0.

“Şəmkir” – “Kür-Araz” qarşılaşmasında isə qalib müəyyənləşməyib. Tərəflər 3:3 hesablı heç-heçə ilə kifayətləniblər.

Günün digər oyununda “Ağdaş” səfərdə “Difai”ni 1:0 hesabı ilə məğlub edib.

Azərbaycan İkinci Liqası
Üçüncü tur
14 sentyabr

“Şəki” – “Qaradağ Lökbatan” – 1:8

Qollar: T.Məmmədzadə, 18 // S.Allahquliyev, 16, 34, 89, T.Əmircanov, 20, R.Orucov, 28, Ə.Hacılı, 59, K.Mahmudov, 64, Ə.Əlizadə, 72

“Difai” – “Ağdaş” – 0:1

Qol: Ü.Mahmudov, 64

“Şirvan” – “Hypers” – 1:0

Qol: A.Yunanov, 79

“Şəmkir” – “Kür-Araz” – 3:3

Qollar: E.Abdullayev, 8, İ.İsayev, 37, P.Məhərrəmli, 54 // B.Əliyev, 4, Ü.Quliyev, 14-pen; 59

Qeyd edək ki, ötən gün keçirilən oyunlarda “Marafon” “Zəngəzur”u 4:2, “Ağstafa Gəncləri” isə “Dinamo”nu 3:1 hesabı ilə məğlub edib. Turnir cədvəlində 9 xalla “Şirvan”vahid liderdir. “Difai” isə 0 xalla sonuncudur.

10:57

Azərbaycanın İkinci Liqasında üçüncü turun oyunları davam edir.

İdman.Biz xəbər verir ki, günün proqramına əsasən dörd qarşılaşma baş tutacaq.

İlk olaraq “Şəki” Zaqatalada “Qaradağ Lökbatan”ı qəbul edəcək. Qarşılaşma 15:30-da start götürəcək.

Digər üç matç isə yarım saat sonra başlayacaq. “Difai” “Ağdaş”ı, “Şirvan” “Hypers”i, “Şəmkir” isə “Kür-Araz”ı sınağa çəkəcək.

Azərbaycan İkinci Liqası
Üçüncü tur
14 sentyabr

15:30. “Şəki” - “Qaradağ Lökbatan”
Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

16:00. “Difai” - “Ağdaş”
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Rizvan Süleymanov, Ləman Əmirli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
“Palms Sports Futbol Mərkəzi” (IV meydança)

16:00. “Şirvan” - “Hypers”
Hakimlər: Hacıağa Həsənov, Ruslan Babayev, Cavid Ömərov, Rasim Musayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu

16:00. “Şəmkir” - “Kür-Araz”
Hakimlər: Samir Musayev, Sadiq Əliyev, Tural Bayramov, Elçin Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, ötən gün keçirilən oyunlarda “Marafon” “Zəngəzur”u 4:2, “Ağstafa Gəncləri” isə “Dinamo”nu 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz