“Barselona” tarixinin ən yaxşı startına imza atıb

17 Sentyabr 2026 05:34
95
“Barselona” tarixinin ən yaxşı startına imza atıb

“Barselona” 2026/27 mövsümünün startında tarixi nailiyyətə imza atıb.

İdman.Biz xəbər verir ki, Hans-Diter Flikin komandası bütün turnirlərdə keçirdiyi yeddi matçın hamısında qələbə qazanaraq klub tarixində mövsümün ən yaxşı startını nümayiş etdirib.

Kataloniyalılar növbəti uğura İspaniya La Liqasının altıncı turunda “Rasinq”i 7:2 hesabı ilə darmadağın etməklə nail olublar.

“Barselona”nın məhsuldarlığı xüsusilə diqqət çəkir. Yeddi matçda komanda 33 qol vurub ki, bu da mövsümün bu qədər erkən mərhələsində yeni klub rekordudur.

Beləliklə, kataloniyalılar orta hesabla hər oyunda 4,7-dən çox qol vururlar.

İdman.Biz