Rusiyanın tanınmış futbol şərhçisi Roman Naquçev “Barselona”nın İspaniya La Liqasının altıncı turunda “Rasinq” üzərində qazandığı böyükhesablı qələbəyə istehzalı reaksiya verib.
İdman.Biz xəbər verir ki, qarşılaşma “Barselona”nın 7:2 hesablı qələbəsi ilə başa çatıb.
“Yəqin ki, “Barselona” düşünür ki, “Rasinq” 2:8 hesabına görə “Bavariya”dan qisas almaq üçün ideal rəqibdir!” – deyə Naquçev özünün “Telegram” kanalında yazıb.
Qeyd edək ki, “Barselona” ilə “Bavariya” arasında Münhen təmsilçisinin 8:2 hesablı qələbəsi ilə başa çatan səs-küylü matç 2019/20 mövsümündə Çempionlar Liqasının 1/4 finalında baş tutmuşdu.
