“Liverpul” Liqa Kubokunun 1/8 finalında “Çelsi” ilə qarşılaşacaq

17 Sentyabr 2026 03:19
87
“Liverpul” Liqa Kubokunun 1/8 finalında “Çelsi” ilə qarşılaşacaq

İngiltərə Liqa Kubokunun dördüncü raundunun (1/8 final) püşkatması keçirilib.

İdman.Biz xəbər verir ki, bu mərhələnin mərkəzi qarşılaşması “Liverpul” və “Çelsi” arasında olacaq.

Premyer Liqa klublarının digər qarşılaşmasında “Everton” “Nyukasl”la oynayacaq. “Bornmut” “Aston Villa”nı qəbul edəcək, “Fulhem” “Kristal Pelas”la, “Sanderlend” isə “Brentford”la qarşılaşacaq.

“Mançester Siti” – “Norviç” cütünün qalibi 1/8 finalda “Brayton”la oynayacaq.

Turnirin ötənilki finalçısı “Arsenal” “Flitvud Taun”un qonağı olacaq, “Bredford Siti” isə “Piterboro Yunayted”lə qarşılaşacaq.

İngiltərə Liqa Kubokunun 1/8 final matçları oktyabrın son həftəsinə nəzərdə tutulub. Görüşlərin dəqiq tarixi və başlama vaxtı daha sonra açıqlanacaq.

İdman.Biz