Fransa Futbol Federasiyası (FFF) Mark Rittalini Zinəddin Zidanın rəhbərlik etdiyi milli komandada yeni məşqçilər korpusundan kənarlaşdırıb.
İdman.Biz “L'Equipe”yə istinadən xəbər verir ki, Rittali milli komandanın tibbi heyətinə daxil olmalı idi. Lakin mütəxəssis avqustun ortalarında verdiyi müsahibəyə görə tutduğu vəzifədən məhrum olub.
Jurnalistlərlə söhbətində Rittali Zidanın məşqçilər korpusuna dəvət olunduqdan sonra keçirdiyi sevinc və təəccübdən danışıb. Bununla belə, müsahibə federasiya ilə razılaşdırılmayıb və bu, məxfilik öhdəliyinin pozulması kimi qiymətləndirilib. FFF artıq ona əvəzləyici tapıb.
Zidan iyulun 29-da Didye Deşamı əvəz edərək Fransa millisinin baş məşqçisi təyin olunub. Mütəxəssislə bağlanan müqavilə 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.
Fransa komandası Zidanın rəhbərliyi altında ilk matçını sentyabrın 25-də Millətlər Liqasında Türkiyəyə qarşı keçirəcək.
