“Arsenal”ın qapıçısı David Raya yaxın vaxtlarda London klubu ilə yeni müqavilə imzalayacaq.
İdman.Biz jurnalist Fabrizio Romanoya istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalı qolkiperin yeni sözləşməsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Tərəflər müqavilənin uzadılması ilə bağlı artıq şifahi razılığa gəliblər. Yeni anlaşmaya əsasən, Rayanın məvacibinin əhəmiyyətli dərəcədə artırılması gözlənilir.
Hazırda qapıçının “Arsenal”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Raya 2023-cü ilin avqustunda “Brentford”dan icarə əsasında “Arsenal”a keçib. London klubu 2024-cü ilin yayında onun transfer hüquqlarını birdəfəlik alıb. İspaniyalı qolkiper “Arsenal”ın heyətində İngiltərə çempionu olub və ölkə Superkubokunu qazanıb.
