Millətlər Liqasında Holandın möhtəşəm dönüşü, Portuqaliyanın qələbəsi - VİDEO

18 Noyabr 2026 01:47
47
Millətlər Liqasında Holandın möhtəşəm dönüşü, Portuqaliyanın qələbəsi

UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə qrup mərhələsinin sonuncu, altıncı turunun oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, A Liqasının dördüncü qrupunda Portuqaliya millisi səfərdə Uelsi 3:2 hesabı ilə məğlub edib.

Kardiffdə keçirilən qarşılaşmada Brunu Fernandeş 11-ci dəqiqədə hesabı açıb. Devid Bruks iki dəqiqə sonra tarazlığı bərpa edib. 41-ci dəqiqədə Sorba Tomas Uelsi önə çıxarsa da, Pedro Netu fasiləyə qədər hesabı bərabərləşdirib.

70-ci dəqiqədə Karluş Forbş Portuqaliyanın qələbə qolunu vurub. Dörd dəqiqə sonra Netu ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Buna baxmayaraq, qonaqlar hesabı qorumağı bacarıblar.

Qrupun digər qarşılaşmasında Norveç millisi Danimarka üzərində dramatik qələbə qazanıb - 3:2.

Kopenhagendə keçirilən görüşdə Rasmus Hoylund və Pyer-Emil Hoyberqin qolları ilə meydan sahibləri 14-cü dəqiqəyə qədər 2:0 hesabı ilə önə keçiblər.

37-ci dəqiqədə Erlinq Holand fərqi azaldıb. 84-cü dəqiqədə Martin Edeqor hesabı bərabərləşdirib. Qarşılaşmanın 90+6-cı dəqiqəsində Holand penaltini dəqiq yerinə yetirərək Norveçə qələbə qazandırıb.

Beləliklə, Portuqaliya 15 xalla qrupu birinci, Norveç isə doqquz xalla ikinci pillədə başa vuraraq 1/4 finala yüksəlib.

B Liqasının ikinci qrupunda Ukrayna millisi Gürcüstanı 1:0 hesabı ilə məğlub edib. Slovakiyanın Koşitse şəhərində keçirilən görüşdə yeganə qolu ilk dəqiqədə Daniil Sikan vurub.

Gürcüstan millisinin futbolçusu Luka Loçoşvili 90+1-ci dəqiqədə qırmızı vərəqə alıb.

Bu qrupun digər qarşılaşmasında Macarıstan və Şimali İrlandiya milliləri 1:1 hesablı heç-heçəyə razılaşıblar.

B Liqasının üçüncü qrupunda İrlandiya Kosovonu 3:0 hesabı ilə məğlub edib. İsrail və Avstriya yığmalarının görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

B Liqasının 4-cü qrupunda Polşa və İsveç milliləri 1:1 hesablı heç-heçə ediblər. Hesabı 16-cı dəqiqədə Adrian Benediçak açıb. Səkkiz dəqiqə sonra Huqo Larsson tarazlığı bərpa edib.

Qrupun digər qarşılaşmasında Bosniya və Herseqovina Rumıniyaya 2:1 hesabı ilə qalib gəlib.

İdman.Biz