Derbidə “Qalatasaray” üç xalı qazanıb - VİDEO

Xəbərlər
21 Oktyabr 2023 22:13
166
Derbidə “Qalatasaray” üç xalı qazanıb - VİDEO

Türkiyə Superliqasının 9-cu turunda “Qalatasaray” öz meydanında “Beşiktaş”ı məğlub edib.

İdman.biz xəbər verir ki, Okan Burukun yetirmələri derbidə 2:1 hesabı ilə üstün olublar.

Qonaq komanda 30-cu dəqiqədən etibarən azlıqda qalıb. Qapıçı Mert Günok qırmızı vərəqə alıb. “Qalatasaray” Mauro İkardinin dublu sayəsində aktivinə üç xal yazdırıb. O, qələbə topunu 82-c dəqiqədə penaltidən vurub.

"Qalatasaray" Superliqada ardıcıl 8-ci qələbəsini əldə edib. Bu qələbədən sonra 25 xal toplayan "sarı-qırmızılar" birinci pilləyə yüksəliblər. Ehtiyatdan biri oyunu olan "Fənərbaxça"nın 24 xalı var.

Türkiyə Superliqası
9-cu tur

“Qalatasaray” – “Beşiktaş” – 2:1
“Kayserispor” – “Rizəspor” – 3:1
“Qaziantep” – “Antalyaspor” – 1:0
“Konyaspor” – “Pendikspor” – 1:2

İdman.biz