Ronaldu Portuqaliya millisinin məşqini buraxdı

29 Sentyabr 2026 23:01
79
Ronaldu Portuqaliya millisinin məşqini buraxdı

Portuqaliya millisinin kapitanı və hücumçusu Kriştianu Ronaldu milli komandanın məşqini buraxıb.

İdman.Biz “Cabine Desportiva”ya istinadən xəbər verir ki, 41 yaşlı futbolçu “Malmö” stadionunda gimnastika hərəkətləri üçün zəruri avadanlığın olmaması səbəbindən oteldə fərdi məşq keçib.

Sentyabrın 27-də Portuqaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Norveçə 2:1 hesabı ilə qalib gəlib.

Ronaldu qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib. Final fitindən sonra milli komandanın kapitanı dərhal soyunub-geyinmə otağına yollanıb.

İdman.Biz