İtaliya millisinin heyətində dünya çempionu olan Alberto Cilardino “Parma”nın yeni baş məşqçisi təyin olunub.
İdman.Biz xəbər verir ki, 44 yaşlı mütəxəssislə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Sözləşmədə daha iki mövsüm uzadılma opsionu da yer alıb.
Bu təyinat Cilardino üçün “Parma”ya dönüş deməkdir. O, 2002-2005-ci illərdə klubun formasını geyinib.
Cilardino daha əvvəl “Siena”, “Cenoa” və “Piza” klublarını çalışdırıb.
Qeyd edək ki, “Parma” beş turdan sonra A Seriyasının turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
