Spaletti Tonali və Zaniolonun İtaliya millisindən kənarlaşdırılmasından danışıb

Xəbərlər
13 Oktyabr 2023 17:35
134
Spaletti Tonali və Zaniolonun İtaliya millisindən kənarlaşdırılmasından danışıb

“Bu, baş verənlərə əsaslanaraq düzgün qərar idi. Şok vəziyyətində olan iki futbolçunu özümüzlə apara bilmədik”.

İdman.biz xəbər verir ki, bunu İtaliya millisinin baş məşqçisi Luçano Spaletti AVRO-2024-ün seçmə oyunları üçün komandadan uzaqlaşdırılan Sandro Tonali və Nikolo Zaniolo barədə danışarkən deyib.

Futbolçular qanunsuz mərc oyunlarında iştirak etmək ehtimalı ilə bağlı polisə dindirilməyə çağırıldıqları üçün düşərgəni tərk ediblər. Baş məşqçi bildirib ki, ədalətin öz yerini tutması vacibdir: “Əgər yersiz şeylər baş veribsə, o zaman mütləq cavabını verməlisən”.

Qeyd edək ki, İtaliya millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 14-ü Malta ilə evdə, 17-də isə İngiltərə ilə səfərdə oynayacaq.

İdman.biz