Puxaç Polşa millisinə qayıda bilər: “Məni yaxından izləyirlər”

13 Sentyabr 2026 13:35
95
Puxaç Polşa millisinə qayıda bilər: “Məni yaxından izləyirlər”

“Sabah” futbol komandasının müdafiəçisi Timoteuş Puxaç yenidən Polşa millisinə dəvət ala bilər.

İdman.Biz “SportoweFakty” portalına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Mançester Yunayted”lə Çempionlar Liqasının əsas mərhələsinin ilk tur oyunundan sonra Polşa millisinin məşqçilər korpusundan onunla əlaqə saxlanıldığını bildirib.

“Kimsə mənə zəng etdi və dedi ki, yaxından nəzarət altındayam. Bu, əladır. Milli komandanın məşqçilər heyətindən kimsənin “Old Trafford”da məni izləyib-izləmədiyini bilmirəm, amma düşünürəm ki, yaxşı oynadım”, - Puxaç deyib.

Polşalı müdafiəçi “Mançester Yunayted”ə qarşı görüşdə start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb. “Sabah” həmin matçda 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Puxaç 2021-ci ildə Polşa millisində debüt edib və indiyədək yığmanın heyətində beş oyun keçirib.

Puxaçın “Sabah”dakı çıxışı da diqqət çəkir. Klub 2026-cı ilin mayında onu “Holştayn Kil”dən birdəfəlik transfer edib. Müdafiəçi əvvəlki mövsümdə 33 oyunda iki qol vurub və 13 məhsuldar ötürmə edib.

İdman.Biz