“Sumqayıt” - “Şamaxı” oyunu heç-heçə başa çatdı - YENİLƏNİB + VİDEO

12 Sentyabr 2026 21:38
1 334
“Sumqayıt” - “Şamaxı” oyunu heç-heçə başa çatdı

Misli Premyer Liqasının beşinci turunda "Sumqayıt" evdə "Şamaxı" ilə heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində 25-ci dəqiqədə Jeam Oliveyra fərqlənib. "Şamaxı"nın bərabərlik qolunu isə Edqar Adilxanov vurub..

Bu nəticədən sonra "Sumqayıt" 1 xalla 11-ci pillədə qərarlaşıb. 6 xala malik "Şamaxı" isə 7-ci yerdədir.

Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" isə "Qəbələ"ni (1:0) məğlub edib. Tura sentyabrın 14-də yekun vurulacaq.

20:57

“Sumqayıt” - “Şamaxı” oyununda hesab bərabərləşib.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində Edqar Adilxanov 54-cu dəqiqədə fərqlənib.

20:48

“Sumqayıt” - “Şamaxı” oyununda ikinci hissə başlayıb.

İdman.Biz xəbər verir ki, ilk hissədən sonra meydan sahibləri 1:0 hesabı ilə üstündürlər.

Meydan sahiblərinin heyətində Jeam Oliveyra fərqlənib.

20:30

“Sumqayıt” - “Şamaxı” oyununda birinci hissə başa çatıb.

İdman.Biz xəbər verir ki, komandalar fasiləyə meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə yollanıblar.

Meydan sahiblərinin heyətində Jeam Oliveyra fərqlənib.

20:11

“Sumqayıt” - “Şamaxı” oyununda hesab açılıb.

İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Jeam Oliveyra 25-ci dəqiqədə fərqlənib - 1:0.

19:44

Misli Premyer Liqasının beşinci turu çərçivəsində “Sumqayıt” “Şamaxı”nı qəbul edir.

İdman.Biz xəbər verir ki, qarşılaşma “SOCAR Polymer Arena”da keçirilir.

18:50

Misli Premyer Liqasının beşinci turunda bu gün keçiriləcək "Sumqayıt" - "Şamaxı" matçı üçün heyətlər açıqlanıb.

İdman.Biz xəbər verir ki, komandalar saat 19:45-də başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

“Sumqayıt”: 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 17. Nihad Əhmədzadə 9. Jeam Oliveyra 4. İsa Suliman (k) 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 80. Keffel Resende 55. Lukas Blek 21. Tiaqo Almeyda 5. Renan Santana

Ehtiyat oyunçular: 12. Aftandil Arixov 34. Ülvi Abbaslı 29. Emil Mustafayev 75. Nadir Orucov 97. Vüsal Paşayev 11. Mamadi Banqre 27. İmani Barker

“Şamaxı”: 1. Rikardo Fernandes (k) 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 11. Ayman Bouali 3. Jota 19. Abdullahi Şuaybu 4. Rui Paşeko 52. Abdul Raşid Mumini

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 9. Tornike Axvlediani 8. Teşaqer Dequ

10:07

Bu gün futbol üzrə Misli Premyer Liqasının beşinci turu çərçivəsində ikinci qarşılaşma “SOCAR Polymer Arena”da keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Sumqayıt” “Şamaxı”nı qəbul edəcək.

Oyun saat 19:45-də başlayacaq.

Misli Premyer Liqası
Birinci dövrə, beşinci tur
12 sentyabr (şənbə)

19:45. “Sumqayıt” - “Şamaxı”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Vüqar Həsənli
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“SOCAR Polymer Arena”

Qeyd edək ki, ötən gün baş tutan turun açılış oyununda “Neftçi” “İmişli”ni 3:2 hesabı ilə məğlub edib. Tura sentyabrın 14-də yekun vurulacaq.

İdman.Biz