Luis Holl “Nyukasl”la müqaviləsini uzadıb

12 Sentyabr 2026 06:28
67
Luis Holl “Nyukasl”la müqaviləsini uzadıb

“Nyukasl”ın futbolçusu Luis Holl klubla müqaviləsini uzadıb.

İdman.Biz xəbər verir ki, futbolçu yeni uzunmüddətli müqavilə imzalayıb. Müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Holl “Çelsi”nin yetirməsidir. O, 2023-cü ilin avqustunda icarə əsasında “Nyukasl”a keçib və 2024-cü ilin yayında klubun onu transfer edib.

Ötən mövsüm müdafiəçi bütün turnirlərdə 47 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Transfermarkt”a görə, Hollun bazar dəyəri 40 milyon avrodur (80 milyon manat).

İdman.Biz