Misli Premyer Liqasının beşinci turunda "Kəpəz" Gəncədə "Qəbələ"ni məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada yeganə qolu 64-cü dəqiqədə Viktor Stina vurub.
Bu qələbə ilə xallarının sayını altıya çatdıran Gəncə klubu isə turnir cədvəlində 6-cı pilləyə yüksəlib. "Qəbələ" 4 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Neftçi" "İmişli"ni 3:2 hesabı ilə məğlub edib.
Tura sentyabrın 14-də yekun vurulacaq.
18:55
“Kəpəz” - “Qəbələ” oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Viktor Stina 64-cu dəqiqədə fərqlənib.
18:36
“Kəpəz” - “Qəbələ” oyununda ikinci hissə başlayıb.
İdman.Biz xəbər verir ki, birinci hissədən sonra hesab açılmayıb - 0:0.
18:19
“Kəpəz” - “Qəbələ” oyununun birinci hissəsi başa çatıb.
İdman.Biz xəbər verir ki, birinci hissədə qapılara qol vurulmayıb - 0:0.
17:31
Bu gün futbol üzrə Misli Premyer Liqasının beşinci turunun “Kəpəz” - “Qəbələ” oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Tural Qurbanov idarə edir.
16:33
“Kəpəz” Misli Premyer Liqasının beşinci turunda Gəncə şəhər stadionunda “Qəbələ”ni qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 17:30-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Kəpəz”: 1. Rojerio Santos 34. Urfan Abbasov 7. Namik Ələskərov 99. Əli Səmədov (k) 9. Kennet Kalunqa 21. Azuma Abubakar 66. David Domqjoni 11. Viktor Stina 3. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 81. Elgün Bayramov 10. Rəhman Hacıyev 6. Vadim Abdullayev 20. Rafael Məhərrəmli 8. Şakir Seyidov 17. Ümid Səmədov 19. Fərid Kələntərov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 33. Benito 27. Desmond Akua
Baş məşqçi: Azər Məmmədov
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 9. Karim Rossi 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 2. Aqşin Yaqubov 21. Ziya Şəkərxanov 19. Xəyyam Məmmədli 30. Cuma Hüseynov 7. Bruno Silva
Məşqçi: Amil Ağacanov
09:37
Bu gün futbol üzrə Misli Premyer Liqasının beşinci turunda “Kəpəz” - “Qəbələ” qarşılaşması keçiriləcək.
İdman.Biz xəbər verir ki, saat 17:30-da start götürəcək qarşılaşmanı Tural Qurbanov idarə edəcək.
“Kəpəz” üç xalla turnir cədvəlinin doqquzuncu pilləsində yer alıb. Dörd xala malik “Qəbələ” isə yeddincidir.
Misli Premyer Liqası
Birinci dövrə, beşinci tur
12 sentyabr (şənbə)
17.30. “Kəpəz” - “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Gəncə şəhər stadionu
Qeyd edək ki, ötən gün baş tutan turun açılış oyununda “Neftçi” “İmişli”ni 3:2 hesabı ilə məğlub edib. Tura sentyabrın 14-də yekun vurulacaq.
