"Sabah" UEFA Çempionlar Liqasının ümumi mərhələsindəki debüt matçında "Mançester Yunayted"ə böyük hesabla məğlub olub.
İdman.Biz xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Mançester Yunayted" 27-ci dəqiqədə hesabı açıb. Mateus Kunya fərqlənib. 15 dəqiqə sonra Brunu Fernandeş ingiltərəli klubun üstünlüyünü iki topa çatdırıb. 45-ci dəqiqədə isə Benyamin Şeşko hesabı 3:0 edib.
İkinci hissənin əvvəlində "Sabah" fərqi azaltmağa çalışsa da, 68-ci dəqiqədə Lisandro Martines "Mançester Yunayted"in dördüncü qolunu vurub.
Beləliklə, "Sabah" Çempionlar Liqasının ümumi mərhələsində tarixindəki ilk oyununu məğlubiyyətlə başa vurub.
Qeyd edək ki, "Sabah" liqa mərhələsində ikinci oyununu oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya Praqa" komandasına qarşı keçirəcək.
00:28
"Mançester Yunayted" - "Sabah" oyununda meydan sahibləri dördüncü dəfə fərqlənib.
İdman.Biz xəbər verir ki, Lisandro Martines 68-ci dəqiqədə Bakı klubunu növbəti dəfə məyus edib.
00:04
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda İngiltərənin "Mançester Yunayted" və Azərbaycanın "Sabah" komandaları arasında oyunun ikinci hissəsi başlayıb.
İdman.Biz xəbər verir ki, ilk hissədən sonra hesab 3:0 meydan sahiblərinin xeyrinədir.
23:48
"Mançester Yunayted" - "Sabah" oyununda birinci hissə başa çatdı.
İdman.Biz xəbər verir ki, ilk hissədən sonra 3:0 meydan sahiblərinin xeyrinədir.
23:48
"Mançester Yunayted" - "Sabah" oyunununda meydan sahibləri ücüncü dəfə fərqlənib.
İdman.Biz xəbər verir ki, Benyamin Şeşko 45-ci dəqiqədə "Sabah"ı məyus edib.
23:45
"Mançester Yunayted" - "Sabah" oyunununda meydan sahibləri ikinci dəfə fərqlənib.
İdman.Biz xəbər verir ki, Bruno Fernandes 43-cu dəqiqədə ikinci qolu komandamızın qapısından keçirib.
23:30
"Mançester Yunayted" - "Sabah" oyunununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Mateus Kunya 27-ci dəqiqədə fərqlənib -1:0.
23:03
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda İngiltərənin "Mançester Yunayted" və Azərbaycanın "Sabah" komandaları arasında matç başlayıb.
İdman.Biz xəbər verir ki, oyun "Old Trafford" stadionunda keçirilir.
22:03
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin birinci turunda qarşılaşacaq "Mançester Yunayted" (İngiltərə) və "Sabah" komandalarının start heyətləri açıqlanıb.
İdman.biz xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Mançester Yunayted": Senne Lammens, Mateus Kunya, Leni Yoro, Lisandro Martines, Nussair Mazraui, Yuri Tilemans, Kobbi Meynu, Brayan Mbyomo, Brunu Fernandeş (k), Patrik Dorqu, Benyamin Şeşko
Baş məşqçi: Maykl Karrik.
"Sabah": Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Kristian Nvaçuvky, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.
Baş məşqçi: Valdas Dambrauskas.
Xatırladaq ki, "Mançester Yunayted" - "Sabah" oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
09:14
Bu gün "Sabah" futbol komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.
"Old Trafford" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Görüşü Fransadan olan FIFA referisi Villi Delajo idarə edəcək.
Qeyd edək ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.
