“Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde bazar günü “Rasinq Santander”ə qarşı keçiriləcək La Liqa matçını buraxa bilər.
İdman.Biz MARCA-ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu cümə axşamı komanda ilə deyil, fərdi qaydada məşq edib.
Valverde “Real Madrid”in “Spotify Kamp Nou” stadionunda “Barselona”nı 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada narahatlıq hiss etdiyi üçün meydanı tərk etmişdi. O, hələ də tam bərpa olunmayıb.
Uruqvay millisinin üzvünün şənbə günü son tibbi-fiziki hazırlıq yoxlamasından keçəcəyi gözlənilir. Bundan sonra onun “El Sardinero” stadionunda keçiriləcək görüşdə iştirak edib-etməyəcəyi müəyyənləşəcək.
Valverde açıqlamasında hələ tam hazır olmadığını etiraf edib:
“Hələ 100 faiz hazır deyiləm”.
