İspaniya millisi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının qalibi olub.
İdman.Biz xəbər verir ki, A divizionunun finalında Çexiya yığması ilə qarşılaşan ispanlar 3:0 hesablı qələbə qazanıblar.
Bakı Kristal Zalında keçirilən həlledici görüşü Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.
Beləliklə, İspaniya millisi turnirin əsas mükafatına sahib çıxaraq dünya çempionu olub.
Qeyd edək ki, bu gün digər beş divizionun - B, C, D, E və F-nin də qalibləri müəyyənləşib.
