Beş cüdoçumuz Budapeştdə “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

11 Sentyabr 2026 09:53
95
Beş cüdoçumuz Budapeştdə “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək.

İdman.Biz xəbər verir ki, ilk yarış günündə üç çəki dərəcəsində beş cüdoçumuz tatamiyə çıxacaq.

İdman.Biz xəbər verir ki, qadınların 48 kq çəki dərəcəsində 1/16 finalda Könül Əliyeva Anqola təmsilçisi Mariya Sequnda ilə qarşılaşacaq.

Kişilərin 60 kq çəki dərəcəsində Babarəhim Mirzəyev 1/32 finalda Qazaxıstan təmsilçisi Nuradil Aljanla üz-üzə gələcək. Eyni çəkidə Murad Muradlı 1/16 finalda Ermənistan cüdoçusu Vahe Ağasyanla mübarizə aparacaq.

66 kq çəki dərəcəsində isə Rəşad Yelkiyev 1/16 finalda Mohammad Xoşbin (IRT - Beynəlxalq Cüdo Federasiyasının Qaçqınlar Komandasını ifadə edir) ilə qarşılaşacaq. Nizami İmranov isə Maykl Frayer (Böyük Britaniya) - Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 19:00-da başlayacaq.

İdman.Biz