Messi MLS-də zirvəyə qalxdı - bombardirlər yarışında liderdir

13 Sentyabr 2026 10:56
73
Messi MLS-də zirvəyə qalxdı - bombardirlər yarışında liderdir

“İnter Mayami” futbol komandasının hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatında bombardirlər yarışının vahid lideri olub.

İdman.Biz xəbər verir ki, 39 yaşlı argentinalı “Neşvill”lə 2:2 hesabı ilə başa çatan qarşılaşmada fərqlənib.

Bu qol Messi üçün cari MLS mövsümündə 19-cu olub. Bununla da o, bombardirlər siyahısında birinci pilləyə yüksəlib.

İkinci yerə 18 qolla “Dallas”ın hücumçusu Petar Musa enib.

Qeyd edək ki, Messi “Neşvill”lə görüşün 62-ci dəqiqəsində komandasını hesabda önə çıxarıb. Lakin “İnter Mayami” üstünlüyünü qoruya bilməyib və əsas vaxta əlavə olunan dəqiqələrdə qol buraxaraq qələbəni əldən verib.

İdman.Biz