PSJ “Bayer”in futbolçusunu transfer etmək istəyir

28 Oktyabr 2026 22:16
51
PSJ “Bayer”in futbolçusunu transfer etmək istəyir

PSJ Almaniyanın “Bayer” (Leverkuzen) klubunun yarımmüdafiəçisi İbrahim Mazanı transfer etməkdə maraqlıdır.

İdman.Biz “Sky Sport”a istinadən xəbər verir ki, Paris təmsilçisi 20 yaşlı Əlcəzair millisinin üzvünü yaxından izləyir və onu yanvar transfer pəncərəsində heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Xviça Kvaratsxeliyanın ciddi diz zədəsi PSJ-nin hücum xəttini gücləndirmək ehtiyacını artırıb. Bununla belə, Paris klubu Mazaya yalnız qısamüddətli həll yolu kimi deyil, həm də gələcəyə hesablanmış transfer kimi baxır.

“Bayer” isə futbolçusunu buraxmaq niyyətində deyil. Leverkuzen təmsilçisi Maza ilə 2030-cu ildən sonraya qədər nəzərdə tutulan yeni müqavilə barədə danışıqlara başlayıb. Bu səbəbdən PSJ-nin transferi həyata keçirməsi çətin görünür.

Qeyd edək ki, İbrahim Maza 2025-ci ildə “Herta”dan “Bayer”ə keçib. Əlcəzairli futbolçu ilə “Mançester Siti” də maraqlanır.

İdman.Biz