Azərbaycanlı qapıçının komandası Sloveniyada səfər qələbəsi qazanıb

28 Oktyabr 2026 20:54
43
Azərbaycanlı qapıçının komandası Sloveniyada səfər qələbəsi qazanıb

Azərbaycanlı qapıçı Eldar Tağızadənin formasını geyindiyi “Bistritsa” Sloveniyanın ikinci liqasında növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, komanda çempionatın 12-ci turunda səfərdə “Yesenitse” ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra “Bistritsa”nın xal ehtiyatı 20-yə çatıb. Komanda turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Eldar Tağızadə Sloveniya klubunda icarə əsasında çıxış edir.

İdman.Biz