“Real Madrid” İspaniyadakı faciənin qurbanlarını yad edib

28 Oktyabr 2026 20:19
84
“Real Madrid” İspaniyadakı faciənin qurbanlarını yad edib

“Real Madrid”in futbolçuları və məşqçilər heyəti İspaniyada baş vermiş ağır dəmir yolu qəzasında həlak olanların xatirəsini yad ediblər.

İdman.Biz xəbər verir ki, Madrid klubunun məşq bazasında hazırlıq prosesinə başlamazdan əvvəl bir dəqiqəlik sükut elan olunub.

Oktyabrın 28-də İspaniyanın Toledo əyalətində iki sürətli qatarın toqquşması nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb.

“Real Madrid” rəsmi açıqlamasında faciə ilə bağlı dərin kədərini ifadə edib, həlak olanların ailələrinə başsağlığı verib. Klub yaralılara, hadisədən zərər çəkənlərə və xilasetmə əməliyyatlarında iştirak edən xidmət əməkdaşlarına dəstəyini bildirib.

Qeyd edək ki, İspaniya Kral Futbol Federasiyası (RFEF) Toledoda baş verən dəmir yolu qəzasına görə ölkə kubokunun I təsnifat mərhələsində keçirilməli olan 24 oyunun hamısını təxirə salıb.

Toledoda iki sürət qatarının toqquşması nəticəsində azı 50 nəfər həlak olub, 179-dan çox insan xəsarət alıb.

İdman.Biz