“Roma” səfərdə ağır məğlubiyyət aldı - VİDEO

Xəbərlər
29 Sentyabr 2023 00:46
108
“Roma” səfərdə ağır məğlubiyyət aldı - VİDEO

İtaliya çempionatının 6-cı turunun son matçı “Roma” üçün uğursuz olub.

İdman.biz saytı xəbər verir ki, Joze Maurinyonun yetirmələri səfərdə uduzublar.

“Cenoa” ilə qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşma 4:1 hesabı ilə başa çatıb. 5-ci dəqiqədə məğlub duruma düşən “Roma” Kristantenin sayəsində hesabı bərabərləşdirib. Amma qalan dəqiqələrdə “Cenoa” daha yaxşı oynayaraq, 3 xal qazanıb.

İdman.biz