“Real”ın baş məşqçisi Joze Mourinyo La Liqanın yeddinci turunda “Atletiko” ilə keçiriləcək Madrid derbisi öncəsi Dieqo Simeone barədə danışıb.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, sentyabrın 20-də “Sivitas Metropolitano” stadionunda baş tutacaq qarşılaşma öncəsi Mourinyo argentinalı mütəxəssislə bağlı müsbət fikirlər səsləndirib.
“Mübarizənin qızğın vaxtında çoxlu cəfəngiyyatlar danışılır. Geridə qalırsansa, demək olar ki, ağlına gələni söyləyirsən. Düşüncələr ya həmin anın təsiri, ya da strateji mülahizələrlə formalaşır. Məni Simeonenin sənədli filmində çıxış etməyə dəvət etdilər və bir dəqiqə belə tərəddüd etmədim. Biz rəqibik, amma döyüş yoldaşıyıq”, – deyə Mourinyonun bildirib.
La Liqada 6 turdan sonra “Real” 15 xalla üçüncü, “Atletiko” isə 13 xalla dördüncü pillədə qərarlaşıb.
