Almaniya Bundesliqasının dördüncü turunda “Borussiya” Münhenqladbax doğma meydanda “Maynts”a 3:4 hesabı ilə uduzub.
İdman.Biz xəbər verir ki, qonaqların heyətində Fillip Tits, Şeraldo Bekker, Erik Martel və Danni da Kosta, meydan sahiblərində isə Florian Noyhaus, İsak Lidberq və Syuto Matino fərqləniblər.
Bu, Qladbax “Borussiya”sının mövsümə ardıcıl dördüncü məğlubiyyətidir. Komanda 0 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Maynts” isə 7 xalla beşinci sıraya yüksəlib.
Paralel keçən oyunlarda “Ayntraxt” “Frayburq”la 2:2 hesablı heç-heçə edib, “Verder” “Auqsburq”u 3:2, “Hamburq” isə “Köln”ü 2:1 hesabı ilə məğlub edib.
