Rafinya “Qızıl top”a namizədlər siyahısında olmamasına etiraz etdi

19 Sentyabr 2026 18:30
98
Rafinya “Qızıl top”a namizədlər siyahısında olmamasına etiraz etdi

“Barselona”nın futbolçusu Rafinya “Qızıl top-2026” mükafatına namizədlər siyahısında yer almamasına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu özü ilə yanaşı, komanda yoldaşı Pedrinin də namizədlər arasında olmamasını ədalətsizlik hesab etdiyini deyib.

“Düşünürəm ki, bu, ədalətsizlikdir. Təkcə mənə münasibətdə deyil, həm də Pedriyə qarşı. Hesab edirəm ki, o da siyahıda olmalı idi”, – deyə vurğulayıb.

Rafinya ötən mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. O, “Barselona” ilə İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.

Braziliya millisi isə 2026-cı il dünya çempionatında mübarizəni 1/8 final mərhələsində dayandırıb.

İdman.Biz