Tedeskonun istefasından sonra “Bolonya”dan xal itkisi, “Kalyari” səfərdə qalib gəldi - YENİLƏNİR

19 Sentyabr 2026 19:19
94
Tedeskonun istefasından sonra “Bolonya”dan xal itkisi, “Kalyari” səfərdə qalib gəldi

İtaliya A Seriyasının beşinci turunda “Bolonya” və “Torino” qarşılaşıb.

İdman.Biz xəbər verir ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 14-cü dəqiqədə “Bolonya”nın yarımmüdafiəçisi Federiko Bernardeski açıb. “Torino”nun hücumçusu Sandro Kulenoviç 77-ci dəqiqədə son hesabı müəyyənləşdirib.

Qeyd edək ki, bu, Domeniko Tedeskonun istefaya göndərilməsindən sonra “Bolonya”nın ilk matçı olub.

Bu nəticədən sonra “Torino” 4 xalla 14-cü, “Bolonya” isə 2 xalla 17-ci pillədə qərarlaşıb.

Paralel keçən qarşılaşmada “Kalyari” səfərdə “Udineze”ni 1:0 hesabı ilə məğlub edib.

Görüşün yeganə qolunu 54-cü dəqiqədə Daniel Maldini vurub. Paolo Maldininin oğlu bununla da “Kalyari”nin ardıcıl üçüncü matçında qələbə qolunun müəllifi olub.

24 yaşlı futbolçu bundan əvvəl “Atalanta” (2:1) və “Leççe” (1:0) ilə görüşlərdə də komandasına qələbə qazandıran qollara imza atıb.

Qeyd edək ki, Daniel Maldini “Milan”ın yetirməsidir. Hazırda onun transfer hüquqları “Atalanta”ya məxsusdur.

İdman.Biz