“Barselona” Rafinya ilə yeni müqaviləni razılaşdırıb

19 Sentyabr 2026 19:40
91
“Barselona” Rafinya ilə yeni müqaviləni razılaşdırıb

İspaniyanın “Barselona” futbol klubu Rafinya ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.

İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, yeni müqavilə 2030-cu ilin iyun ayına qədər qüvvədə olacaq. “Barselona”nın idman direktoru Deko da futbolçu ilə prinsipial razılığın əldə olunduğunu təsdiqləyib və yeni sözləşmənin yaxın vaxtlarda imzalanacağını bildirib.

Rafinya 2022-ci ildən “Barselona”da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt”a görə, 29 yaşlı futbolçunun bazar dəyəri 70 milyon avrodur.

İdman.Biz