“Real” və “Barselona”dan səfərdə eyni nəticə

Xəbərlər
14 Aprel 2024 01:04
118
“Real” və “Barselona”dan səfərdə eyni nəticə

İspaniya La Liqasının 31-ci turi liderlərin qələbəsi ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, “Real” və “Barselona” səfərdə qalib gəlib.

Hər 2 komanda səfərdə 1:0 hesabı ilə 3 xal əldə edib. Madridlilərə Tçuameni, kataloniyalılar Feliksin qolu qələbə qazandırıb. “Real” 78 xalla 1-ci pillədəki mövqeyini bir az möhkəmləndirib. “Barselona” liderdən 8 xal geri qalır.

“Jirona” səfərdə “Atletiko”ya uduzub. Bu, komandanın rəqib meydanında ardıcıl 5-ci uğursuzluğu olub. Qələbə qazanan Madrid klubu “Jirona” ilə aradakı fərqi 4-ə endirib.

İspaniya La Liqası
31-ci tur

“Atletiko” – “Jirona” – 3:1
“Rayo Valekano” – “Xetafe” – 0:0
“Malyorka” – “Real” – 0:1
“Kadis” – “Barselona” – 0:1

İdman.biz